QADIN

Həm qızın,həm anan,bacındır qadın,
Bilsən başındakı tacındır qadın,
Gahdan bal-şərbətin,acındır qadın,
Xətrini əziz tut,dayağın olsun!

Qadına qızım de,əzizin olsun,
Anam de ürək ver hər sözün olsun,
Bacım de əzizlə,cüt gözün olsun,
Yolunda işığın,mayağın olsun!

Qadına yar deyib,sevsən ürəkdən,
O keçər yolunda arzu-diləkdən,
Secilməz səninçün sanki mələkdən,
Dursun keşiyində,oyağın olsun!

Besiyin başında laylanı çalsın,
Gecələr sübhədək yuxusuz qalsın,
Öpüb- oxşayaraq,qadanı alsın,
O sənin həm arxan,dayağın olsun!

Günəşi sönəndə, Ayı batanda,
Ellə vidalaşıb,sonu çatanda,
Tabuta qoyulub,bəxti yatanda,
Ustunə sərilən bayrağım olsun!

Solmaz da hər kəsə anadır,bacı,
Şeiridir, sözüdür başının tacı,
Yandı ürəyi tək,təknəsi-sacı,
Dedilər “Qara gün”boyağın olsun!


Solmaz Şirvanlı
20-04-2020
www.kafiye.net