Çarəsiz valideyinlərin övladının səfi qarşısında aciz qalıb,özlərinə ölüm diləməklərinin şahidi olarkən…

Ölüm diləyirsən kövrək qəlbinə

Ölənin dərdini çəkməyə nə var,
Çün torpaq dayaqdır sənin dərdinə.
Alanda Allahdan cəzalı qərar,
Çatırsan çarəsiz zaman həddinə,
Ölüm diləyirsən kövrək qəlbinə.

Gözünün yaşını silə bilmirsən,
Dərdini kimsəylə bölə bilmirsən,
İstəsən yalandan gülə bilmirsən .
Açıb tökəmmirsən görək dərdin nə.
Ölüm diləyirsən kövrək qəlbinə.

Atanın üzündə yaş giləsini,
Gözündə əzabı, ah-naləsini,
Öz-özünə ölüm diləməsini,
Nicat saman çöpü,ümid rəddinə,
Ölüm diləyirsən kövrək qəlbinə.

Böyüklükdü səhvi əhf edə bilmək,
Olmur dost hiyləsin dəf edə bilmək,
Övladdansa,özün səf edə bilmək,
O qədər yük olmaz sənin qəddinə,
Ölüm diləyirsən kövrək qəlbinə.

Fəridə Köçərli.27.01.20.
www.kafiye.net