Gəzirəm

Bir ömür gəzirəm,tale gəzirəm,
Enişli — yoxuşlu olsa, fərqi yox.
Belə ömrə innən belə nəzirəm,
Sıfırlanmış həyat verin dərdi yox.

Ürək verin, çarpaz daglı olmamış,
Qırılmamış, xain satqın görməmiş.
Ürək verin məzarlarla dolmamış,
Arzuların əsir, girov verməmiş.

Mən göz istəyirəm,qan çanagına,
Günəş qürubuna heç bənzəməsin.
Qan-yaşı bulaq tək, al yanagına,
Yol salıb köksünə atəş süzməsin.

Vətən istəyirəm,tikələnməmiş,
Qanı Şəhidlərin yerdə qalmasın.
Qaçqını,köçkünü səpələnməmiş,
Torpaq Qarabagsız,bizsiz olmasın.

Fəridə Köçərli,01.02.20.
www.kfiye.net