Kim deyir, ,,pul əl çirkidi”?

Kimisinə halva kimi,
Kimisinə qandı – tərdi.
Nişangaha salva kimi,
Dəyirmanda işlək pərdi.
Kim deyir pul əl çirkidi?

Görməyənə göz işıgı,
Hər bir kəsin yaraşıgı,
Palçıqlanmış hər ,,qaşıgı”,
Çirkin yuyub,dümag sərdi,
Kim deyir pul əl çirkidi?

Südü mayasız uyuşan,
Qızılgülü edər yovşan,
O agıza ,,çullu dovşan”,
Haqqa qarşı ,,haqlı” şərdi
Kim deyir pul əl çirkidi?

Kasıb ölsə,dərd evdədi,
Varlı ölsə, el dərdidi.
Sorma,subay,ya ərdədi,
Pullu qadın özü ərdi.
Kim deyir pul əl çirkidi?

Mərdi çox vaxt edir namərd,
Sonda dogma,öndə sərvət.
O dünyaya gedən töhmət,
Bu dünyada parlaq zərdi.
Kim deyir pul əl çirkidi?

Feride  Köçərli İbrahimova / 12.02.20
www.kafiye.net