İnciyəndə, hərdən belə də olur.

Qoyma məni çıxım gedim

Hesab elə daha yoxam,
Əllərini sıxım gedim.
Sənin əlin,mənim yaxam,
İcazə ver çıxım gedim.

Bu sevdadan qorxub gözüm,
Nə qısqanım,nə üzülüm,
Tarımlanmış ox tək süzüm,
İcazə ver, çıxım gedim.

Ürəyimin içindəsən,
Ruhum boyda biçimdəsən,
Agılsız bir seçimdəsən…
İcazə ver çıxım gedim.

Çək aşagı, gah yuxarı,
Həm sevinci, həm qubarı,
Gəlmiyəcəm sənə sarı,
İcazə ver çıxım gedim.

Sən də dəli,mən də dəli,
Eşqimizdi son təsəlli,
Bu gedişim sənə bəlli,
İcazə ver, çıxım gedim.

Axtarırsan dava-dalaş,
Bezdirirsən, yavaş-yavaş
Sənə sevgi, mənə təlaş…
İcazə ver çıxım gedim.

Fəridəyəm, üzəmmirəm,
Qırılanı düzəmmirəm,
Bil ki, sənsiz dözəmmirəm,
Qoyma məni çıxım gedim.


Fəridə Köçerli İbrahimova
www.kafiye.net