Üç nöqtə

Üç nöqtəni çox sevirəm.
Tək nöqtəylə yoxdu aram.
Üç nöqtənin yolu dolam,
Versə mənə ömür aman,
Niyyətimlə qovuşaram.
Tək nöqtəyə son zamannan
İnamım yox , gümanllyam.
Arzu qısa , qərar qısa.
İnsan !
əgər yanılarsan,
Yarı yolda qalasısan …
Tək nöqtənin səbri yoxdur.
Gözləməyə dözümü yoxdur…

Nöqtələrsə...

Üç nöqtəylə vaxt udmaga…
Papagı qoy qabagına,
Fikirləşib şans almaga…
Pərdələri atmamaga,
Abır – həya qorumaga,
Son sözünü saxlamaga
Üç nöqtənin çox köməyi
Üç nöqtədir ümid yeri.
Üç nöqtənin axırında
İnamı var, barışı var,
Üç nöqtədə göydən düşən,
Nagılların alma payı,
Taleyin xoş baxışı var!



Fəridə Köçərli.
www.kafiye.net