O gəncləşəcək

Toxunma,qəlbimə, toxu sözünlə,
Ayrılan yollara sehirli xalı.
Kəıəf dolaşsa da,özün çözələ,
Axı sən yazmısan bizim nagılı.

Yenə əvvəlki tək səssiz-səmirsiz,
Odlu ürəyinlə danışdır məni.
Eşqin aləmində söz də kəsərsiz,
Gözlər danışdırsa,sevən sevəni.

Barmaqlar bəs etmir yaşı saymaga,
Əlli il saçıma sıgal çəkəcək.
Qorxmuram qocalıq tamın dadmaga,
İlk sevgim sənlədir, o gəncləşəcək.

Fəridə Köçərli İbrahimova
www.kafiye.net