Hələ görəcəyin çox imiş,Vətən,

Gözünə buludlar çökübdür sənin,
Yaxşı ki, görmürsən daş atır, yetən…
Hamı barışıbdır yoxdur küsənin,
Tək sənin səbrindir tükənib, bitən,
Hələ görəcəyin çox imiş, Vətən.

Kimə mülkü, kimi səni bölüşüb,
Kimin taleyinə Şəhidlik düşüb.
Deyirlər Qarabag taxtından düşüb…
Düşmənin qoydugu ada olma tən,
Hələ görəcəyin çox imiş, Vətən.

Mənim ad günümdür satıldıgın gün,
Onun şad günüdür talandıgın gün.
Bəs nə vaxt olacax alındıgın gün?
Əkib, doganlardır məzarı itən,
Hələ görəcəyin çox imiş, Vətən.

Fəridə, tökülən özü dolacaq?
Vətən, Ana adın kim uçaldacaq?
Demə, qiyamətə qisas qalacaq .
Bu mənim son yazım,dediyim tənən,
Hələ görəcəyin çox imiş, Vətən.



Fəridə Köçerli İbrahimova / 02.03.20.
www.kfiye.net