Neçə belə virus həzm eyləmişəm

Virusdan qorxmursan?-söyləyən dostum,
Necə belə virus həzm eyləmişəm;
Dilimi kəsdilər, udub qan qusdum…
O vaxtdan nahaga haqq söyləmişəm,
Neçə belə virus həzm eyləmişəm…

Tərk silah edərək, tək qal, dedilər.
Öz ata evimə daxal dedilər.
Verdikləri yala, ye, bal dedilər.
Haqsız zülümlərə çox əyilmişəm,
Neçə belə virus həzm eyləmişəm…

Nə qorun, dedilər, nə də qoruyaq,
Dedilər, qırılsa yarı dogruyaq.
Başbaşa aglıyaq, ya da qargıyaq,
Nə xeyri?, boş yerə nəzm eyləmişəm.
Neçə belə virus həzm eyləmişəm…

Olsaydı pislərin içdən farmatı,
Verilməz yaxşının pisə urvatı,
Tuta bilməsəm də mən bu həyatı,
Keçmişi qəlbimdə rəsm eyləmişəm,
Neçə belə virus həzm eyləmişəm…

Ölümdən–itimdən qorxmur Fəridə,
Vətənçün öləydi kaş ki, səngərdə.
Virusla gedərsə, itər qəbir də.
Şərəfli ölümü gec əyləmisən,
Neçə belə virus həzm eyləmisən…

Feride Köçerli 04.04.2020
www.kafiye.net