Ölsəydin bu qədər sənə yanmazdım.

Əllərin əlimdən uzaq olsa da,
Ruhumu ruhundan ayrı sanmazdım.
Sənsə başqasının eşq yuvasında…
Ölsəydin bu qədər sənə yanmazdım.

Xəyalən saçımı əlin daradı,
Adını andıqca,bəxtim yarıdı.
Bakirə hisslərim sənsiz qarıdı…
Ölsəydin bu qədər sənə yanmazdım.

Hər kiçik agrına çox aglamışam,
Xəyanət gölündə çox bogulmuşam,
İndisə qəlbimə daş baglamışam.
Ölsəydin, bu qədər sənə yanmazdım.

Fəridəyə demə, səhvim olmadı,
Çalışsam da sussuz quyun dolmadı,
Yenə yalanına son qoyulmadı…
Ölsəydin bu qədər sənə yanmazdım.

Feride Köçerli
www.kafiye.net