Qurbanlıq əvəzi

Qurbaga gölünə atılan daşlar,
Susdura bilərmi qoca dünyanı?
Yerin altın, üstün arıyan başlar,
Niyə susdurmadı bu karonanı?

Narahat insana təsəlli kimi,
Yarı ac olsa da, gəzmək olaydı.
Çörək tapmayana fəsəlli kimi,
Küçədə təndiri süzmək olaydı…

Qurtarar karantin iz-tozu qalmaz,
Daha ,,azadlıq”yox, ,,şükür” səslənər…
Qananlar çevrilib olarlar ,,qanmaz”,
Qurbanlıq əvəzi qoyun bəslənər.



Fəridə Köçərli.13.04.2020.
www.kafiye.net