Allahım

Bağlıdır küçələr, açılmır bazar,
Bu necə virusdur,bu necə azar,
Bu dərddən ölənə qazılmır məzar,
Rəhmin gəlsin nolar bizə Allahım!

Hər kəsi bürüyüb təlaş,həyəcan,
Hər kəs uzaq durur,söyləmir ki,can,
Bu dərddən tez qurtul ey Azərbaycan,
Şəfalar səp yola-izə Allahım!

Dağlar dumanlanıb, gülməyir günəş,
Yağdır üstümüzə bir alov-atəş,
Evdeqal ey Xalqım,bu gündə birləş,
Gül-çiçəklər bitir düzə Allahım!

Açılsın kədərsiz sabahlar üzə,
Qoy Odlar yurdumuz gəlməsin gözə,
Sairlər-yazarlar başlasın sözə,
Ömrümüz də çatsın yüzə Allahım!

Solmazın qələmi qoy gəlsin dilə,
Muştuluq paylansın obaya-elə,
Axsın yaman günlər qarışsın selə,
Gəlməsin bu Vətən gözə Allahım!!!


Solmaz Şirvanlı
06-04-2020
www.kafiye.net