Təbiətin ruhu


Çağırıram təbiətin ruhunu
Çiçəkləri,yarpaqları,otları
Dağlarda maralı,düzdə ahunu
İlxı ilə yüyürüşən atları
Təbiətin zərrəsiyəm özüm də
Vəhdət gördüm nur qaynağın özündə.

Bal arısı çiçəklərə səbəbkar,
Saf ürəklər diləklərə səbəbkar
Ulu Tanrı özü mahir sənətkar.
Təbiətin zərrəsiyəm özüm də
Vəhdət gördüm nur qaynağın özündə.

Mən duyuram kainatda hər səsi,
Bu torpaq səsidir,o çiçək səsi.
Hər canlı zikr edir “Allah”kəlməsi.
Təbiətin zərrəsiyəm özüm də,
Vəhdət gördüm nur qaynağın özündə.

İç-içədir,gecə-gündüz,xeyir-şər,
Aləmlərə məhvərdir ali bəşər,
Sevgi ilə zərrələr bütünləşər,
Təbiətin zərrəsiyəm özüm də,
Vəhdət gördüm nur qaynağın özündə.

Tənha bulud,kainatı salamla,
Davam edən bu həyatı salamla,
Bəxş edilən qüdsiyyatı salamla…
Təbiətin zərrəsiyəm özüm də,
Vəhdət gördüm nur qaynağın özündə


Tamara Rustamova Tenha Bulud
20mart.2020
www.kafiye.net