Bu nə sevda ?

Ay Allah bu nə sevda,
Dolanır hey başıma,
Axı sevmək,sevilmək,
Yaraşmayır yaşıma!

Agarıbdir tellərim,
Qırış olub əllərim,
Solub bağda güllərim,
Tuş gəlibdir qışıma!

Sevda məndən uzaqda,
Dondum şaxta-sazaqda,
Eşqə məzar qazaq da,
Fələk gəlib tuşuma!

Sevmə məni sən Allah,
Qazancım olar günah,
Etdim Tanrıya pənah,
Baxan yox göz yaşıma!

Nə and iç,nə inandır,
Könlüm dopdolu qandır,
Nə də bağrımı yandır,
Sevda gəlmir huşuma,

Ğozəllik yox ki,məndə,
Can da qalmayıb təndə,
Qəribəm bu Vətəndə,
Həsrətəm dağ-daşıma!

İnan gəl bu Solmaza,
Qocaldı yaza-yaza,
Vurğundur telli saza,
O dönüb sirdaşıma!!!


Solmaz Şirvanlı
13-02-2020
www.kafiye.net