ÇƏKIL GET

Sədaqət söyləyən ey gözəl insan,
Məhəbbət könülə, ürəyə bağlı.
Dəyişməz etibar, dəyişsə zaman,
Etibar, etiqad sevgi sınaqlı!

Sevginin həsrəti ciyər dağlayar,
Yarası ağrılı çox dərin olar.
Sızlayan qəlb evi dərddən dağılar,
Amma zəqqu dadı çox şirin olar!

Sevilər əzabın cəminə dözən,
Tanrı əta etməz acizə sevgi.
Sevdin üzülərsən, olmazsan üzən,
İnsanı böyüdər möcüzə sevgi!

Sevməsə bəhanə axtarar adam,
Hər işdə, hər sözdə yanlışlıq görər.
Sevənin üzdürər düşdükcə məqam,
Anlamaz, dərk etməz nə xeyir, nə şər!

Odur ki, özünlə yığışdır apar,
Sevgiyə bənzəyən yalançı donu!
Çəkil get, o zərif sapları qopar,
Yetdisə yabançı eşqinin sonu!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net