Salam, dostlar. Tezdən yarıyuxulu halda qəlbimdə qəribə bir şeir yazmaq arzusu baş qaldlrdı. (Getdiyimə and olsun ki, ünvanlı deyil).

Dərinə
(təcnis)

Söz aləmi dibsiz bir okeandır,
Təzyiqə dözməzsən, getmə dərinə…
Burda hər dəqiqə möhtəşəm andır,
Gölməçə tap, sənlik deyil dərin, ə.

Yetişmədin, bala, neçə sənədə*,
Qoy məsləhət verim bir az, sənə də,
Qələmi ai, özün qol çək sənədə,
Fətva verib, saman təpim dərinə.

Məni görcək denən, – buyur, ay ağa,
Qoyma diri – diri bükəm ay, ağa**…
Soyardım gönünü başdan – ayağa,
Bir qəpiyə dəyməz amma dərin, ə…

Haradan yarandı səndə bu hal, a?
Ruhun təslim oldu yoxsa ki, “hal”a?
Əzişdirib sallam elə bir hala,
Ayırd olmaz sümük nədi, dəri nə!..

Çingizəm, qəddimi sanma şir əyə,
Bu söz meydanında mənəm şir, əyə!
Yığışmısız arı kimi şirəyə,
Söz bağımdan cinas-rədif dərin, ə!

*neçə ildə
** diri – diri basdırmaq.



18.02.2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net