Boğazda

Bu miskin həyatın budur əlacı,
Yaşamaq istəsən, çoxu boğ azda,
Əzəmətli görsən, gər bir ağacı,
Səbəb tap, bəhanə gətir, boğazda.

Ola bilməz əlin çirki, pul kimi,
Haraya çatdırır, baxın, pul kimi!?
Yalandan qızarmaz üzü pul kimi,
Qəssab kəsər erkək heyvan, boğaz da.

Çox alışıb-yandım, özgə yerinə,
Başa düşən yoxsa, bunun yeri nə?
İşlər var, qoyulur xəlvət, yerinə,
Dardanel adlanan uzaq Boğazda.

Çoxları bəsləyir, ürəyində kin,
Çingiz! Ürək yoxdu, ürəyin təkin
Deyə də bilmirsən, ürəyindəkin,
Yığılıb qalıbdı çoxu boğazda!

( 4-cü kitabımdan)

Çingiz Kürdemirli
www.kafiye.net