GEL ÖMÜR


Gəl ömür dəftərimi,
Vərəqləmə ey fələk,
Qalıbdır ürəyimdə,
Min bir arzu,min dilək!

Kəsmə tezkən yolumu,
Qoy həyatdan kam alım,
Burma nolar qolumu,
Qıyma belə qocalım!

Canıma min cür ağrı,
Acı yazdın dözürəm,
Gahdan asi düşürəm,
Yaşamaqdan bezirəm!

Taleyimə qaranı,
Yazdın dözüb dayandım,
Vurdun qəlbə yaranı,
Qara geydim,boyandım!

Hər kəs qurdu ev-eşik,
Mən yurda çəkdim keşik,
Layla çala bilmədim,
Nə də qurmadım beşik!

Dörd divardır,bir də mən,
Kədər yeyən, dərd əmən,
Kəsmə ömrümü fələk,
Qayıtmaram bir də mən!

Bəsdir eylədin sitəm,
Qıyma ki,öləm-itəm,
Döndər bir mamır kimi,
Daşda,qayada bitən!

Salma Solmazı gözdən,
Ayırma dağdan-düzdən,
Alma qələmin əldən,
Dastan bağlasın sözdən!!!


Solmaz Şirvanlı
17-02-2020
www.kafiye.net