YAŞAMAQ OLMUR

Elə zəmanəyə gəlib düşmüşük,
Arzular yükünü daşımaq olmur.
Zaman dırnaqların eşib gözünü,
Geyişən yeri də, qaşımaq olmur.

Bəxtimə hər düşən payı kəm yedim,
Belə zəmanədən daha nə güdüm.
Əxlaqsız bir qadın, ərini gördüm
Söylədi:- güc gəlib boşamaq olmur.

Görürsən bir gündə, min qəlbə dəyən,
O dərddir, günbəgün qəddimi əyən.
Kef çəkir, özgənin payını yeyən.
Elə birisinə oxşamaq olmur.

Bəlkə də, doğrudan dünya dəyişib
İnsanlıq yorulub, yolda ilişib
Mübariz, qəlbini zamanmı deşib?
Yox, namərd işidi – yaşamaq olmur.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net