Səs verək


Səs verək doğruya,səs verək düzə,
Sərinlik səpilsin ürəyimizə,
Bir Tanrı gəlsin qoy köməyimizə,
Paylayaq muştuluq,həm də sadağa,
Fərəhdən bu ürək qoy dönsün dağa!

Seçilsin Haqq deyən,haqlı oğullar,
Edək atəşfəşan,səpək noğullar,
Görsən yol vermə ki, Haqqı boğullar,
Doğruya qoyulmaz heç vaxt qadağa,
Üz tutub,yol açaq biz Qarabağa!

Solmaz haray çəkir, doğru kəs üçün,
Çalışın, çarpışın haqlı səs üçün,
Qayıtsın torpaqlar hər nəfəs üçün,
Sancağın bayrağı o Murovdağa,
Kəsilsin qurbanlar,verək sadağa!!!


Solmaz Şirvanlı
08-02-2020
www.kafiye.net