Yazacam
(dostlar üçün zarafatyana təcnis)

Deyəmmirəm burda daha,
Nəsə babat söz yazacam,
Nə olsun ki, toxdu gözüm,
Qarın deyir ki, yaz acam.

Yad gecədir bizdə…Yad dan,
Nə gözləyək axı yaddan?
Tox günlərim çixıb yaddan,
Yay, payız, qış, həm yaz acam.

Nefti, qazi içir Marta,
Gözləyirik gələ mart, a…
Mey toplayaq, bir az marta,
Təşkil edək də yaza “cam”.

Üzdə varmı de ar, ağa,
Saxlaya bir az ar “ağ”a…
Vahid deyir “net”, arağa,
Sakitlə mən:- “A ya, za cam”!

Çingiz, kimin ili şəndi?
İl içildi…,.İl i…….di,
Görsəm kimsə ilişəndi,
Gözün sözlə mən “yazacam”



30. 01. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net