Bu eşqi əbədi bağlayacam

Bu eşqi əbədi bağlayacam ,
Sevib-sevildiyini bilmeyeceksen.
Mən səni silecəm baxışlarımdan ,
Sən mene baxsan da ,görmeyeceksen.

Sorsalar xoşbəxtlik nədir ?- susacam
Sualın cavabı ürəyimdədir.
Bilmirəm heyatdan ne vaxt köçecem
Bu sirr axirətdə yene mənlədir.

Dənizə atacam arzularımı
Dalğalar aparsın sonsuza kimi.
Siləcəm səninlə bağlı hər şeyi,
Eşqlə bağlı olan şeirlərimi.

Çəksəm də çəkdiyim qədər zikrini,
Zamanla bunları unudacağam.
Yorğun bir yolçuyam sorma fikrimi,
Susmaqla qəlbini ovudacağam.

Bütün yollarımın əvvəli səndin,
Sən mənim ömrümdə tufan qopardın.
Cənnət yollarıma kol- tikan əkdin,
Meni o yolla da çəkib apardin.


Səadət Rzayeva Qərib
www.kafiye.net