Allah saxlayır

Gözlərim şəlalə tək, coşur-daşır, çağlayır,
Hər kəsi özü bilib,dərdlərinə ağlayır,
Haqqın sınağındadır, dözür hər bir əzaba,
İnanıb Allahına,Ona ümid bağlayır!

Qəlbində sevda yükü,yetmədi arzusuna,
Dözdü ağrı-acıya,şükr etdi ruzusuna,
Ötdü ömür,keçdi gün, döndü güllər xasına,
Bir də baxıb gördü ki,əcəl onu haxlayır!

Alıb elə əsanı,boylanır zirvə sarı,
Könül arzular yolu, aşmaq istər hasarı,
Qəlbində Vətən eşqi,yaylaqlara güzarı,
Solmaz çoxdan ölərdi,onu Allah saxlayır!
Duası Haqqa çatır,düşmən təxti laxlayır!
!!


Solmaz Şirvanlı
26-01-2020
www.kafiye.net