Leysan yagışla

Bilsəm ürəyinə qəm gətirmişəm,
Tutaş kirpiklərə nəm gətirmişəm,
Desən ki, sevgimi kəm gətirmişəm,
Bir onda deyərəm məni bağışla!

Qarlı gış günündə günəşim olsan,
Gur yanan ocağım, atəsim olsan,
Ömrümə hədiyyəm,peşkəşim olsan,
Deyərəm könlümü özün naxışla!

Həsrət gözlərimə vüsalı qıysan,
Sevən baxışımı anlasan,duysan,
Sevgimi sevginlə baş-başa qoysan,
Qəlbimiz sevinər leysan yağışla!

Solmazın ruhunun sevgisi hanı,
Şeriylə, sözüylə gəzir dünyanı,
Məhəbbət aşiqi,sevgi sultanı,
Dilində duası bitib alqışla!!!



Solmaz Şirvanlı
25-01-2020
www.kafiye.net