Məhəbbət

Duyguların ən safıdır Məhəbbət
Sevən qəlbin qidasıdır Məhəbbət
Sevdiyini hər görəndə titrəyən,
Həyacanlı döyüntüdür Məhəbbət

Hər görüşdə sevincdən göz güldürən
Dünyanı gözendə cənnət gördürən
Sevən ürəklərdə məskən eyləyə
n
Duyğuların ən safıdır Məhəbbət.

Incədən incədir bir şüşə kimi
Daglarin ləkəsiz ağ qarı kimi
Sevən aşiqlərin ilk varı kimi
Duyğuların ən ilkidir Məhəbbət

Bəzən gah ağladar,bəzən güldürər,
Qayğısın kimləsə yarı böldürər
Bir çoxun qəlbində gizlin sevdirər
Duyğuların ən pakıdır Məhəbbət.

Nahidə Tagıyeva Qurbanova / 05..01.2016
www.kafiye.net