Çekip Derdlerimi

Çəkib dərdlərimi gizlin sinəyə.
Gülüb danışdıqca arsız dedilər.
Kimsəyə dərdimi yük etmədikcə.
Bəxtəvər dərddsizdir,dərdsiz dedilər.

Allah rəng verdiyi qara saçıma .
Ağ dən düşmədikcə günahkar oldum.
Çoxları saçımda dərdi gəzdilər.
Mənsə öz qəlbimdən xəbərdar oldum.

Üzüm hər güləndə qəlbim ağladı.
Göz yaşım qəlbimə axası oldu.
Eşidib duyduğum kinayəli söz.
Hər biri qəlbimdə yatası oldu.

Qəlbinə dəymədim kim nə dedisə.
Sakit dayanmaqla təsəlli tapdım.
Allah pay veribdir nə veribdirsə.
Mən belə söyləyib səbrə alışdım .

Qəlbimi heç kimə etmədim süfrə.
Kimsə vaysınlanıb sonra gülməsin.
Mənim dərdlərimə əvvəlcə ortaq.
Sonradan qıyqacı dodaq büzməsin .

Həyat çək -çevirə salsa da məni.
Qəddimi əyməyə gücü yetmədi.
Allah sınaqlara çəksə də məni.
Düşmən ayağına heç vaxt vermədi…

.

Nahidə Tagıyeva Qurbanova /07.01.2018.
www.kafiye.net