KİMDEN SORUŞUM


Nə vaxtdır qurumur gözümün yaşı
Qəlbimin sən idin axı sirdaşı
Xatirən yandırır hər addımbaşı
İndi fələkdənmi soruşum səni?
**
Sinəmdə eşq odu qalamışdım mən
Eşqini eşqimə calamışdım mən
Səni öz sevgimə bələmişdim mən
İndi küləkdənmi soruşum səni?
**
Mən qəmli olanda sən ağlayardın
Mənə gələn dərdi sən dağlayardın
Hər gün çələng tutub,gül bağlayardın
İndi çələngdənmi soruşum səni?
**
Üstümüzə əsən bu nə küləkdir?
Bizi ayrı salan yalnız fələkdir
Verdiyin yaylığın üstü piləkdir
İndi piləkdənmi soruşum səni?
**
Yadıma saldıqca ötən çağları
Seyr etdim gəzdiyim gözəl bağları
Dolandım meşəni,gəzdim dağları
Tərlan,tüləkdənmi soruşum səni?



Nazlı Hacılı.
www.kafiye.net