POLAD BELƏ BƏRKİYİR


Ayrılığın acısına dözmədim
Dağı düşdü ürəyimin başına.
Olan olub,olanları çözmədim
Özüm döndüm mələyimin başına.
**
Vəfa qalxdı məhəbbətə gül vura
Leyli oldum Məcnun Məcnun olmadı.
Əhd eylədim,şər istədi pəl vura
Rəbbim onun əlin tutdu,qoymadı.
**
Yuxularım ərşə qalxdı,dönmədi
O dönüklük ürəyimə xal salıb.
Xeyli yandım,yanıqlarım sönmədi
Eşq ağacım,eşq meyvəmi kal salıb.
**
Donuq gözdən donuq hisslər don aldı
Umu-küsü yol vermədi dirçəlim.
Ruhum yenə məhəbbətə yön aldı
Qalib çıxdı haqq hayqıran gerçəyim.
**
Əl uzatdım dost əlinə ərk edim
Namərd gördüm min biçimdə,min adda.
Qürur qoymaz düz yolumu tərk edim
Elə belə bərkiyibdir polad da.



Nazlı Hacılı.
www.kafiye.ne
t