NƏ DEYİM


Getdi yarım gəlməz oldu
Dərdlərimi bilməz oldu
Ürəyimə çilə doldu
Qədər sənə nə deyim mən?
**
Əlim,qolum bağlı qaldı
Ətrafımı duman aldı
Ayrılıq nə günə saldı
Qədər,sənə nə deyim mən?
**
Yandı bağrım gilə-gilə
Göz yaşlarım döndü selə
Məcnun oldum düşdüm dilə
Qədər,sənə nə deyim mən?
**
Sardı ömrümü qar-boran
Heç gülmədi üzüm bir an
Bütün ömrüm oldu viran
Qədər,sənə nə deyim mən?
**
Peşman oldu hər sabahım
Göylərə yüksəldi ahım
Bilmədim nədir günahım
Qədər,sənə nə deyim mən?



Nazlı Hacılı.

www.kafiye.net