Ana Həsrəti

Bir ana həsrətiylə, 
Yandım-yandım qocaldım,
Fələk məni ağlatdı,
Mən fələkdən bac aldım!

Döndüm şeirə, nəğməyə,
Sətirlərdə ucaldım,
Gileyləndim fələyə,
“Dərd şairi”tac aldım!

Otuz altı ildir ki,
Ağlar qaldı gözlərim,
Qara bürünüb,geydi,
Qələmimdə sözlərim,

Gözlədim gəlmədi O,
Qəmimi bilmədi O,
Üzümdə şırım açan,
Yaşları silmədi O!

Hər gecə yuxularda,
Olur özü qonağım,
Saçlarıma əl çəkir,
Sığallayır yanağım!

Deyəsən darıxıbdır,
Mənsiz qala bilməyir,
Baxıram mən sarıdan,
Gül yanağı gülməyir!

Darıxma gələcəyəm,
Azca zamanım qalıb,
Anam bu acılardan,
Nə ah,ananım qalıb!

Ana bil sən gedəndən,
Min yol öldüm,dirildim,
Döndüm daşa, çınqıla,
Divarlara hörüldüm!

Dilim ana haraylı,
Gözüm ağlar dalınca,
Axdı gözümün yaşı,
Gecələri balınca!

De kim sevər,arayar,
Gözündən yaş tökəni,
“Nər çəkməz,maya çəkməz”
Vallahi mən çəkəni!

Səhər açılıb yenə,
Sancır yenə ürəyim,
Ay Allahım aman ver,
Sönür arzu-diləyim!

Bu bir vida şeridir,
Yazıram öz adıma,
Solmaz hələ diridir,
Rəbbim yetiş dadıma!!!



Solmaz Şirvanlı
19-12-2019
www.kafiye.net