BİR ALƏMƏM


Bir ovuc torpağam,bir udum nəfəs
Bu azad ruhuma cismimdir qəfəs.
Bir zərrə atəşəm,bir damla suyam.
Bir də sevgi dolu,ümid doluyam.
Ovcuma dünyanın bəxti yazılıb
Kainat yuxusu mənlə yozulub.
Məni əks eyləyir Günəş də,Ay da
Səsimin sehriylə çağlayır çay da
Tanrı ,sevgisiylə yaradıb məni
Xidmətimə verib bütün aləmi.
Mənim müəllimim Tanrı özüdür
Varlığın hikməti bir “Ol”sözüdür.
Bütün Yer üzünün əşrəfi mənəm
Mələklər səcdəmə gələn Adəməm.
Sirli bir aləməm,vaqif ol sən də
Kainatın sirri gizlidir məndə.



Tamara Rustamova Tənha Bulud.01.12.2019
www.kafiye.net