Salam olsun dəyərli dostlara..

Bir payız ömrümə ən gözəl bahar,
Bu payız qış oldu ömrümə mənim…

Yol alıb getməyə bəhanən nə çox,
Bir ümid, dönərsən yenə baharda.
Keçdi gözlədiyim dayanacaqdan,
Keçdi dayanmadı bu intihar da..

İndi mən Allaha yalvarıram ki,
Aldığım yaralar izsiz ötüşsün.
Qoy bu soyuqluğun,bu ayrılığın,
Günahı payızın boynuna düşsün..

Qorxma,uzun çəkməz soyuq havalar,
Tozunu alaram həsrətin bu yaz.
Çalış ki,ömürlük ayrılıq salma,
Dön gəl yüngülləşdir cəzamı bir az…




Aygun Abbas.

www.kafiye.net