EYLƏRƏM MƏN

Deyirəm dostları yığıb başıma,
Qəflətən bir şadlıq,toy eylərəm mən!
Olmaqçın o gündə sağı-solumda,
Hər kəsi çağırım,”hoy” eylərəm mən!

Görüm kim gələcək o şad günümdə,
İllərlə keçməyən o “Ad Günüm”də,
Şaxtada-sazaqda,o “Od” günümdə,
Sevinim sevincdən “Boy” eylərəm mən!

Görüm ki,sevinir hər kəs ürəkdən,
Olmasın nə qorxum,şaxta,küləkdən,
Tutum qoy yükümü arzu-diləkdən,
Sevgimi hər kəsə,pay eylərəm mən!

Sevinim ey Rəbbim,gülüm ürəkdən,
Nisgili,kədəri silim ürəkdən,
Kim məni sevirsə bilim ürəkdən,
Ələ qaval alıb,nay eylərəm mən!

Könlümdə kədərdən iz də qalmasın,
Qüssədən,nisgildən söz də qalmasın,
Bəd nəfis,bədnəzər göz də qalmasın,
Öžün bəxtəvərə tay eylərəm mən!

Elə sevinim ki,elə gülüm kı,
Hər kəsi əzizdən,əziz bilim ki,
Gözlərimdən axan yaşı silim ki,
Sevincdən sel ola,çay eylərəm mən!

Kimsə bəhanəylə durarsa uzaq,
Ya fitnəkar olub qurarsa tuzaq,
Taparam yırtıcı,həm də yalquzaq,
Kəsərəm dostluğu,zay eylərəm mən!

Düzülüb,qəlbimdə sonsuz arzular,
Silərəm könüldən qalmasın qübar,
Görməsəm hər kəsdən, doğru, düz İlqar,
Özümü öldürüb,vay eylərəm mən!

Solmazam,qəlbimin istəyi budur,
Dostların saflığı havadır,sudur,
Gəlir vaxtsız əcəl hər kəsi udur,
Məzarda özümə toy eylərəm mən,
Sevinci sizlərə pay eylərəm mən!!!

Solmaz Şirvanlı
07-11-2019
www.kafiye.net