Qiyamət izləyir məni

Dualarım karvan-karvan,
Dinləyir məni asiman…
Gətirmişəm Haqqa iman,
Açılır məna aləmi,
Göy üzü səsləyir məni.

Nə zaman var ,nə də məkan
Hər yaranış Haqqa nişan.
Qurulubdur Böyük Mizan,
Hökm edir Haqqın Qələmi,
Qiyamət izləyir məni.

Göy bükülür varaq kimi,
Yer yumuluur yumaq kimi,
Tanrı bizdən uzaq kimi…
Tanrı demir biz deyəni,
Qiyamət izləyir məni.

Dağlar yun kimi didilir,
Səma kitab tək bükülür,
Ulduzlar qopub tökülür.
Boşalır fikrin yüyəni,
Qiyamət izləyir məni.

Hər yan olur al-qırmızı,
Görürəm körpə bir qızı
Diri-diri gömür atası…
Seyr etdirir bu səhnəni,
Qiyamət izləyir məni.

Məzlumların ah-fəğanı
Titrədir Ərşi-Əlanı.
Çağırır Sahib Zamanı
Ondan ümid kəsməyəni,
Qiyamət izləyir məni.

Gəlib-keçmış ümmətlərin
Ərəsatdadı Məhşəri.
Zillət bürüyüb gözlərin
Zalımın , haram yeyənin,
Qiyamət izləyir məni.

Fərman padşahındır bu gün,
Hesab-kitabındır bu gün,
Açılır hər sirli düyün,
Günahım özümə qənim,
Qiyamət izləyir məni.

Vaxtın azdır T,ənha Bulud!
Dünya həyatını unut !
Tövbə et özünə qayıt!
Yaradan gözləyir səni,
Qiyamət izləyir səni.

25.03.2017
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net