Yada Düşdü

Dindi yenə xatirələr,
Yadıma gör düşdü nələr,
Bu Solmaz quzutək mələr,
Atam yenə yada düşdü!

Gözlərimdən axdı yaşlar,
Çatılıbdır qələm qaşlar,
Fələk vurub başa daşlar,
Qan ağladım qada düşdü!

Silən yoxdu göz yaşımı,
Fələk aldı sirdaşımı,
Aldı cavan qardaşımı,
Könlüm yandı oda düşdü!

Doğmaları itirmişəm,
Könüldə qəm bitirmişəm,
Buluddan nəm götürmüşəm,
Zəhmət çəkdım bada düşdü!

Gözlərimdən yaş süzülür,
Kirpiklərə daş düzülür,
Solmaz gedir əl üzülür,
Kəndə,elə şəda düşdü!!!


Solmaz Şirvanlı
27-10-2019
www.kafiye.net