DÜNYA MƏNİM ÖZÜMDƏDİR

Zaman-zaman bu dünyanın,
Aramışam gərdişini.
Bilməmişəm fikri nədir,
Tapmamışam vərdişini.

Aramışam hər daşını,
Qayasını, qarış-qarış.
Əzablarla, acılarla,
Güləş tutub, etdim yarış.

Gah yenildim,gah endirdim,
Ərşə durdu yuxularım.
Bu dünyanın kəşfi üçün,
Uyumadı duyğularım.

Bax beləcə keçdi ömür,
Keçsə də hey gözümdədir.
Anladım ki, təkcə mən yox,
Dünya mənim özümdədir.

Müəllif. Metanet Duyğulu.
15.09.2019
www.kafiye.net