AXTARIRAM YERDƏ MƏN “GÖY ÜZÜNÜ”

Dəyişibdir dövran, dəyişib zaman
Yalan azad olub , həqiqət əsir .
Ədalət qoluna qandal taxılıb ,
Haqsızlıq qolunu sallayıb gəzir .

Şeytanlar gəzərək Yerin üzündə ,
“Zikrsiz “insanları salır toruna .
Uyma sən şeytana , təfəkkürlü ol!
Lənət oxunmasın sonra goruna .

Dilin ” dua “olsun, qulagın ” azan”
Üsyanla yaşama, şükür eyle sən !
Tövbe et , günahla oynama heç vaxt –
Nurlu bəraəti ala biləsən.

Torpaq sinəsinə çəkib” Ah”ları
Saymaqla bitərmi İnsan günahı.
Dinini,Allahı unudanların –
Qaranlıq olacaq vallah sabahı .

Yer üzündə olan bu tufanlardan ,
Göylərin tufanı baxıb təngimiş .
Haraylı,gür səsli o şimşəklərin –
Yerdəki şimşəkdən səsi səngimiş .

Baxıram səmaya ,aydın , tərtəmiz
Məcburam yazmağa sözün düzünü.
Tapmıram heç yerdə elə möcüzə
Axtarsam da “Yerde “mən “Göy üzünü”…

Seadet Qerib ( Rzayeva)
www.kafiye.net