B U D U

Bir nəğmədi dünyam mənim,oxu ki
Sirdaş budu,qardaş budu,yar budu!
Bir cənnətdi könül bağım,nə yox ki?
Alma budu,heyva budu,nar budu!

Fırtınalar dənizində mən avar
Çəkib,gördüm birər birər qəm,nə var,
Hər sözümdə min-bir hikmət,məna var,
Sərvət budu,dövlət budu,var budu!

Ölç bu sözün uzunun da,enin də,
Var öz adı arxanın da,önün də,
Tərif desən qışa, yazın önündə,
Çovğun budu,şaxta budu,qar budu!

Ayrı düşüb,aralanma eliynən,
El yarasın sarı ürək teliynən,
Can əvəzi çor söyləsən diliynən,
Fəryad budu,fəğan budu,zar budu!

Ay Məzahir,de ki olsa dağ gücün,
Çəkmə haqqın boğazına ülgücün,
Yaşa Vətən üçün,öl Vətən üçün,
Namus budu,qeyrət budu,ar budu!

Məzahir İsgəndər
www.kafiye.net