Necə sevməyim?

Səmada buludu, qarlı dağları
Gur sulu çayları, barlı bağları,
Hələ qarşıdadır əzəl çağları,
Bu gözəl Vətəni necə sevməyim?

Sevinci sevincim,qəmi qəmimdir,
Vuran ürəyimdir,can həmdəmimdir,
Çağlayan ilhamım, şeir dəmimdir,
Bu gözəl Vətəni necə sevməyim?

Solmazın sınmayan vüqarı da o,
Düz əhdi,saf eşqi,ilqarı da o,
Nəğmələr qoşduğu dildarı da o,
Bu gözəl Vətəni necə sevməyim?

Solmaz Şirvanlı
06-09-2019
www.kafiye.net