HEÇ

Rəbbim verən ömür qısa,
Əlimizə verir əsa,
İnsan olan nəfsin basa,
İnsanlıq da itməyə heç!

Gül bağında bülbül ötə
Yaxşı qala,yaman itə,
Dost yoluna güllər bitə,
Qaratikan bitməyə heç!

Əmək verən dəyər ala,
Dost dostuna sayə sala,
Aralıqda ülfət ola,
Dost da uzaq getməyə heç!

Solmaz yazır ürək sözün,
Qəlbindəki alov-közün,
Bəzəyidir ömrümüzün,
Məhəbbətsiz ötməyə heç!
Kaş bu ömür bitməyə heç!!!


Solmaz Şirvanlı
06-09-2019
www.kafiye.net