ÖZÜN BİL

Tənə eyləmirəm daha mən sənə,
Necə yaşayırsan yaşa,özün bil.
Vallah oxşamırsan daha sən sənə,
Sevgini vermisən xışa,özün bil..
**
Bir vaxtlar ovqatda saz idi eşqin,
Çox idi,demərəm az idi eşqin,
Mən səni sevəndə yaz idi eşqin,
Döndərdin şaxtalı qışa ,özün bil..
**
Bir düşün,saxlama qışın tərəfin,
Müdrik ol,lənətlə çaşın tərəfin,
Sən Allah bülbül tək quşun tərəfin,
Vermə bayquş kimi quşa,özün bil..
**
Sevgimi özgəyə bəsləmirəm mən,
Sənin də sevgini pisləmirəm mən,
Səni qul olmağa səsləmirəm mən,
Olsan ol qəlbimə paşa,özün bil..
**
Nazıyam ,zənn etmə dil uzadıram,
Həmişə barışa əl uzadıram,
Hörmətlə bir dəstə gül uzadıram,
Bu da gəlməyirsə xoşa,özün bil…

Nazlı Hacılı.
www.kafiy.net