ƏBƏDİ SEVGİ

Doğub gözlərində göz yaşı olsam,
Süzülüb yaşardım yanaqlarında.
Damıb kipriyindən asılı qalsam,
Təbəssüm islanar dodaqlarında.

Həsrətlə hicranı büküb bir yerdə,
Gizlədib özümdən uzaq tutardım.
Könlünə bu gecə qonaq gəlsəydim,
Girib ürəyinə orda yatardım.

Qarışıb havaya, bulud olardım,
Yıxılıb qalardım kipriyin üstə,
Sənin xatirində xəyal qalardım,
Uçaydı arzular başının üstə.

Səyahət etsəydim sənin ruhuna,
Duyub hənirtini fikrə dalardım.
Mavi göy üzündə, əbədi sənlə,
Verərdim əl-ələ, sənin olardım.

Seadet Rzayeva Qerib
www.kafiye.net