ZAVALLI..

Məkirli şeytana mələk deyəndə,
Kormuş yəqin sənin gözün ,zavallı.
Şər sənin yolunu qəstdən əyəndə,
Seçəydin sən yolun düzün,zavallı..
**
Yaman bəyənmisən naqisi,yaman,
Keçib boğazına heç vermir aman,
Nədənsə ipək,şal bol olan zaman,
Sən seçdin köhnəlmiş bezi,zavallı..
**
Sən gülün düşməni,sarı sevmisən,
Əslində dövləti,varı sevmisən,
Yaz qalıb bir yanda,qarı sevmisən,
Ondandır sevilmir sözün,zavallı..
**
Tamahın eyləyib kəniz,qul səni,
Sevgi çəkənmədi,çəkir pul səni,
O qədər gözünü tutub yal sənin,
Görmürsən sevdanın əzmin,zavallı..
**
Barı pak hissləri oduna yaxma,
Zəhəri şəkərin dadına yaxma,
Günahı Nazlının adına yaxma,
Günahkar özünsən,özün,zavallı…

Nazlı Hacılı.
www.kafiye.net