Son zəng

Sevimli uşaqlar, bu günçü son zənğ,
Çalınıb, sizlərdən ayırar bizi.
Geyinib, çekinib olmusuz qəşəng,
Belə gözəl görək, hər zaman sizi.

Nə yaman tez gəlib, keçdi bu illər,
Dünən uşaqdınız, böyüdüz bu gün.
Baxın, müəllimlər ağartdı tellər,
Yandılar çıraq tək, yolunuz üçün.

Sorduzmu, bu illər sizə nə verdi?
Kimi bacı tapdı, kim qardaş oldu.
Kimi də ömrünə bir çiçək dərdi,
Fərqi yox, hamısı vətəndaş oldu.

Üzlərdə sevinc var, qəlblətdə həsrət,
Arzular yetişib illərdən bəri.
Sakitəm, müəllim çəkdiyi zəhmət,
Çalışın verməsin, ” xəcalət təri ” .

Bakı. 14. 06. 2019.
Sakit Məmmədov
www.kafiye.net