Mənə xanım deməyin!

Dostlar sizə sözüm var,
Qoy qalmasın qəlbimdə,
Bağlamasın qəm-qübar!
Dostlar sizə deməyə,
Könül arzularım var!

Mənə xanım deməyin,
Mən ki,xanım deyiləm!
Nə də aciz deyiləm,
Yel vuran tək əyiləm!

Siz mənə bacı deyin,
Soğandan acı deyin,
Qalıb ata yurdunda,
Ana möhtacı deyin!

Kimin başı ağrısa,
Köməyinə çağırsa,
Mənim bu əllərimi,
Dərdin əlacı deyin!

Mən xanım deyiləm ki,
Sadə bir kənd qızıyam,
Vətənin səmasında,
Bir Zöhrə ulduzuyam!

Məndə xanımlıq hanı,
Əlləri qabarlıyam,
Sadiqəm el-obama,
Vallah etibarlıyam!

Mənə xanım deməyin,
Xanım bəzəkli olur,
Bəzənmişlər görəndə,
Bir baxın rəngim solur!

Mənə xanım deməyin,
Mən xanım olmadım ki,
Sevmədim,sevilmədim,
Qəlblərə dolmadım ki,!

Xanımların sevəni ,
Başının üstündədir,
Əmr etsə sevdiyinə,
Əlləri dərhal göydə,
Qaşının üstündədir!

Mənə xanım deməyin,
Xanımın qulluqçusu,
Xidmətində dayanır,
Xanım xanimanında,
Nazla yatıb-oyanır!

Mənə xanım deməyin,
Xanimlıqdan uzağam,
Bir ömür boyu tənha,
Dolanan yalguzağam!

Mənə xanım deməyin,
O söz mənə yaraşmır,
Qəmli-nisgilli könlüm,
Bir o sözlə barışmır!

Mənə xanım deməyin,
Utanıram o sözdən,
Qızarıb allaniram,
Bir don geyirəm közdən!

Ay sizə qurban olum,
Bilsəz necə yazıram,
Siz mənə bacı deyin,
Bacılığa hazıram!

Mən xanım olmadım ki,
Xanimlıqdan xas olam,
Edəm bəzək-düzəyi,
Zərxara libas olam!

Deyin,siz mənə bacı,
Deyin xoş gün möhtacı,
Bilin dərdin-ələmin,
Dostlar mənəm əlacı!

Unutmayın sözümü,
Siz mənə bacı yazın,
Solmaz,xanım olmadı,
Gözdə qaldı murazım!


Solmaz Şirvanlı
10-11_2018
www.kafiye.net