BAYRAMINIZ MÜBARƏK ƏZİZ QADINLAR.

Bu gün səkkizi mart, qadınlar günü,
Çiçəklər bağlayın, çiçəklər üçün.
Əgər hədiyyəyə yetməsə pulun,
Yəqin ki, sevgiyə çatacaq gücün.

Məhəbbət gətirin ürəyinizdə 
Bir az dilinizə şəkər, bal sürün.
O vaxt sevdiyiniz o qadın sizə,
Necə bağlandığın gözləyin görün.

Qadın gözəllikdir, qadın zəriflik, 
Hər teli mirvari, hər teli inci.
Evinə hər zaman nur gətirəcək,
O gül çöhrəsinə əksən sevinci.

Əgər hər gün onu sevsən olacaq,
Məkanı ürəyin, yatağı sinən.
Sevginin yolları sevgidən keçir,
Ey insan övladı bunu bilginən.

Qadınlar dərin bir roman kimidir,
Bəlkə də anlamaq, duymaq çətindir.
Unutma, ən gözəl hədiyyən ona,
Əbədi tükənməz məhəbbətindir.

MÜƏLLİF. Metanet  Duyğulu.
08.03.2019
www.kafiye.net