Evimin Üstünden

Evimin üstündən ötən durnalar.
Deyin görüm elim obam dururmu?
Günəş çıxıb sübh tezdən hər sabah
Boz qayanı şüasıyla vururmu?.

Buz tuturmu yenə yollar yolaqlar
Qar yağırmı kənddən öncə dağlara.,
Ac quşlar da yenə gəlib qonurmu.
Yemək üçün bağcalara bağlara.

Bacalardan qıvrılaraq ucalan 
Sobaların tüstüləri olurmu ?
Külək qatıb tüstüləri yelinə
Bacalardan uzaqlara qovurmu?

Bürüyürmü hər tərəfi qoxusu
Sac üstündə bişirilən çörəyin,
Yığışırmı qonum qonşu başına 
Saç üstünə çörək yapan nənənin?

Evimin üstündən ötən durnalar
Deyin bilim elim obam sağdımı?
Qış gedibdir bura bahar gəlibdir
Elimdə də deyin görüm yazdımı?

Nahidə Tagıyeva Qurbanova 23.02.2019
www.kafiye.net