Sənin nə vecinə..

Bezdim tənələrdən yoruldum daha.
Hamı bilirsənmi nə deyir mənə?
Deyirlər gözünü cək bu yollardan 
Bu yollar qəm verir dərd verir sənə.

Sənin xoş halına bəxtəvər olmuş.
Mən günü qarayam burda qalandan.
Hər yetən söz deyir xəbər göndərir.
Olandan olmazdan çoxu yalandan.

Hər zəngə uşaq tək özüm qaçıram.
Deyirəm hər sözü özüm eşidim.
Dilim gödək olub biz ayrılandan.
Daha söz də yoxdur durum nə deyim.

Sənin nə vecinə nə xəbərin var.
Söz çatmır qəlbinə yük eləyəsən.
Beşi olmasa da bəlkə üçünün
Sözünün önünə bir söz deyəsən.

Yığışıb canım da boğaza daha .
Hər sözü qəlbimə yük eləmşəm.
Eh gözü kölgəli adamlar kimi 
Hər sözü özümə dərd eləmişəm .

Nahidə Tagiyeva Qurbanova / 04.02.2019
www.kafiye.net