Axırınacan 
(3-cü kitabımdan)

Söz ruhi qidadır, oxşayır dənə,
Gərək üyüdəsən, axır unacan,
Deyilənlər uyğun olsa, dərdinə,
Çalış dinləyəsən axırınacan.

Alnında yazılan, öz qədərindi,
Sevda yolu dərya kimi dərindi,
Görəsən, aşiq var nə qədər indi,
Yaşada sevgini axır anacan?

Hərcayının qəsdi nədir, kəndi1 nə?
Oxuya, dərs ala, gələ kəndinə2,
Kafir hər nə isə, gəlirkən dinə,
Xudadır o sirri axır an açan.

Saxlayırsa şair, sözü dar ana,
Əlin “şana” edə, telin darana,
Yar üzün gizlətsə, dünya dar ona,
Dözər “Sur Düdüyü” çağıranacan.

Qovuşarsa iki könül, odadı3,
Dil danışa, dodaq duya o dadı,
Axtar yarın qoynun, cənnət ordadı,
Hər düyünün, vardır axırın açan.

Çingiz desin, zəncir yarat, halqala,
Hər görüşdən ürək coşa, “xal” qala,
Elə quca, nə can , nə də hal qala,
Əvvəl canan deyə, axırına can.

1 Özü
2 Özünə
3 Otaq

Çingiz Kürdəmirli.
www.kafiye.net