Yenə Düşüb Yollara 

Yenə düşüb yollara 
qan qırmızı qərənfil
Boynu bükük bənövşə
Dərddən saralmış nərgiz
Al əlvan qızıl güllər
Gəldilər Xiyabana
Bəzəyib məzarları
Yenə də əlvan dona
Yenə boyun bükdülər
Göz yaşları tökdülər.
Neçə şəhid boylandı
Qara mərmər daşlardan.
Heç biri dəyişməyib,
Necə var elə qalıb
Gəncləri yenə də gənc
Qocası qoca qalıb.
Yarımçıq qalan ömür
Yarımçı qalan sevda
Neçə dildə dinməyən
Neçə kəlmə Əlvida.
Yenə üzlərdə hüzün
Gözlərdə yenə nəm var
Addımmlar ağır gedir
Çiyinlərdə bir dərd var.
Yenə kaman inləyir,
Xiyabanda hay salır.
O dərdli ürəkləri
Kamanda parçalayır.

NahideTagıyeva Qurbanova 19.01.2019
www.kafiye.net